Icma.az
close
up
RU
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan iki tender uddu

Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan iki tender uddu

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"AZTİKİNTİSERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi tərəfindən keçirilən iki tenderin qalibi olub.Hurriyyet.Az 32gun.az-a istinadla xəbər verir ki, şirkət Vəlvələçay-Taxtakörpü kanalının sağ sahil hissəsində (PK177+60–PK182+20) sürüşmənin qarşısının alınması məqsədilə yamaclarda terrasların əsaslı təmiri işlərini 197.378,01 manat müqabilində yerinə yetirəcək.

Bundan əlavə, "AZTİKİNTİSERVİS" MMC torpaq məcralı (Q=1,5 kbm/san) Qıraq Kəsəmən arxının (L=1,5 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən tenderdə də qalib seçilib. Bu işin dəyəri isə 157.182,42 manat təşkil edir.

Hər iki tender üzrə şirkətlə ümumilikdə 354.560,43 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.

Əldə etdiyimiz digər məlumata görə, tender qalibi olan “AZTİKİNTİSERVİS” MMC-nin dövlət büdcəsinə 82.970,62 manat vergi borcu var. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Paşa Papaqçıyev Yusif oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Ayxan 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri