Icma.az
close
up
RU
Külli miqdarda vergi borcu var, ölkədən çıxarılan pulu da qaytarmayıb

Külli miqdarda vergi borcu var, ölkədən çıxarılan pulu da qaytarmayıb

"Atef Şirkətlər Qrupu" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Suraxanı Rayon Məhkəməsinin hakimi Ünsüyyət Mirzəyevanın sədrliyi ilə yanvarın 16-da baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: 2009-cu ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 33 892 585 AZN olan şirkətin qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. MMC-nin 279 255 AZN vergi borcu var. 

Xəyal Quliyev

seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri