Icma.az
close
up
RU
Sosial müavinət və təqaüd alanlara XOŞ XƏBƏR

Sosial müavinət və təqaüd alanlara XOŞ XƏBƏR

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ölkə başçısı tərəfindən 23 dekabr 2024-cü ildə imzalanan sərəncamla Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt müəyyənləşdirilib. Həmin müddət martın sonunda başa çatıb.

Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov unikal.az-a açıqlamasında bildirib ki, bu il yeni sosial paketin icra olunacağı ilə bağlı ötən ilin sonunda məlumat verilmişdi.

O xatırladıb ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü ildə Sərəncam imzalayaraq Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün üç ay vaxt vermişdi:

"Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələnin üzərində çox ciddi işləyir. Müvafiq artımların edilməsi üçün maliyyə və hüquqi bazanın hazırlanması istiqamətində proqram hazırlayır. Bu baxımdan artımlarla bağlı icraatın yaxın zamanlarda başlayacağını düşünürəm. Dövlətimiz sosial siyasəti günü-gündən dərinləşdirir. İcra olunmuş 5 sosial paket 7,6 milyard manat maliyyə tutumu ilə 4 milyon nəfərin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərib.

Belə ki, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, orta aylıq əməkhaqqı isə 2 dəfəyədək artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.

Ünvanlı dövlət sosial yardımın orta məbləği 2,6 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artıb. Bu ildən icrasına başlanmış yeni sosial islahat paketi 3 milyon nəfəri əhatə edəcək və dövlət büdcəsi üçün illik 1,4 milyard manat əlavə maliyyə yükü yaradacaq. Təbii ki, növbəti artımların həyata keçirilməsi əhalinin sosial rifahını daha da yaxşılaşdıracaq". \\Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri