Kulthard: “Rassel Kimini udmağa başlamasa, hər şey bitdi”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Keçmiş “Formula-1” pilotu Devid Kulthard Corc Rasselin “Mercedes” komanda yoldaşı Andrea Kimi Antonelli ilə yarışdakı mövqeyini sərt şəkildə qiymətləndirib.
“O, Barselonada poul tutmağa qadir olduğunu göstərməlidir. Əlbəttə ki, avtomobilin kifayət qədər sürətli olması şərtilə. Amma ən əsası, o, sadəcə Kimini məğlub etməyə başlamalıdır. Düzünü desək: əgər o, Kimini məğlub etməyə başlamasa, hər şey bitdi. Çempionluq titulu olmayacaq”, - Kulthard "Up To Speed" podkastında deyib.
Podkastın aparıcısı Uill Bakston keçmiş pilotun fikirlərini dəstəkləyib.
“İstədiyiniz qədər deyə bilərsiniz: “Mənə sadəcə yaxşı bir maşın lazımdır. Sadəcə bir şans lazımdır”. Amma bilirsiniz nə var? İndi maşının var. Bu şansın var. Və səni sadəcə məhv edirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 11 İyun 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















