Kuman: Dumfirisi Barselonada görmək istərdim
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Niderland millisinin baş məşqçisi Ronald Kuman komandanın müdafiəçisi Denzel Dumfrisin "Real"a mümkün transferi barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun bu səviyyədə bir keçidə layiq olduğunu bildirsə də, onun əzəli rəqib "Barselona"nın formasını geyinməsini daha çox istədiyini gizlətməyib:
"Transferin tam rəsmiləşdiyinə əmin deyiləm, amma əgər kimsə buna layiqdirsə, o da odur. Bununla belə, onu "Barselona"da görməyi üstün tutardım", – deyə Kuman mətbuat konfransında bildirib.
Qeyd edək ki, 30 yaşlı sağ cinah müdafiəçisinin "Real"a keçidi yaxın günlərdə rəsmiləşə bilər. Madrid klubu futbolçunun müqaviləsindəki 25 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib. Transferin tibbi müayinədən sonra rəsmən açıqlanması gözlənilir. Keçid baş tutacağı halda, Dumfris növbəti mövsümdən etibarən "İnter"dən ayrılaraq "kral klubu"nun uğurları üçün çalışacaq.
Baxış sayı:132
Bu xəbər 04 İyun 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















