Kunya MYnin qapısına künc zərbəsindən vurduğu qolu dəyərləndirdi
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə Premyer Liqasının (İPL) 18-ci turunda öz meydanında "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edən "Vulverhemton"un braziliyalı hücumçusu Mateus Kunya "qırmızı şeytanlar"ın qapısına birbaşa künc zərbəsindən vurduğu qoldan danışıb.
Fanat.Az xəbər verir ki, "canavarlar"ın forvardının sözlərini BBC belə çatdırıb:
"Biz məşqlərdə bunun üzərində işləyirik. İkinci cəhddə bəxtim gətirdi və qol vurdum".
Xatırladaq ki, MY cari mövsüm artıq ikinci dəfədir ki, bu şəkildə qol buraxır. Mankunianlar dekabrın 19-da, İngiltərə Liqa Kubokunun 1/4 finalı çərçivəsində "Tottenhem"ə qarşı keçirdikləri görüşdə də (4:3) Son Hın Minin künc zərbəsindən fərqlənməsinə mane olmağı bacarmamışdılar.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















