Icma.az
close
up
RU
Kupça almaq istəyənlər üçün VACİB XƏBƏR Sənədləri yalnız...

Kupça almaq istəyənlər üçün VACİB XƏBƏR Sənədləri yalnız...

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstər tikinti, istərsə də istismar sənədləri – yəni bütün razılıq və icazələr yekun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə təqdim olunmalıdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova bildirib.

O qeyd edib ki, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması yalnız qanunvericiliklə tələb olunan bütün sənədlər o cümlədən tikintiyə və istismara icazə sənədləri təqdim edildikdən sonra mümkündür:

"Bütün sənədlər Dövlət Reyestrinə təqdim edildikdən sonra çoxmənzilli binalardakı mənzillərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı heç bir problem yaranmır".

Onun sözlərinə görə, tikinti və istismara icazə sənədləri müxtəlif dövlət qurumları tərəfindən verilir və bu proses bir neçə mərhələdən ibarətdir:

"Tikinti üçün icazə bir dövlət qurumu, istismara qəbul üçün isə başqa bir qurum tərəfindən verilir. Bəzi hallarda əlavə qurumların da razılığı tələb oluna bilər. Lakin istər tikinti, istərsə də istismar sənədləri – yəni bütün razılıq və icazələr yekun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə təqdim olunmalıdır".

Qeyd edək ki, Prezidentin 13 yanvar 2015-ci il tarixli və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə fərmanı, eləcə də həmin siyahıya dəyişikliklər edən 30 oktyabr 2015-ci il tarixli fərmanda bu yaxınlarda dəyişiklik olunub.

Dəyişikliyə əsasən, təxminən 100 min vətəndaş sənədsiz evlərini dövlət qeydiyyatına almaq imkanı əldə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 İyul 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri