Kupçasız evlərlə bağlı YENİLİK
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq olunması nəzərdə tutulur.
SIA Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov deyib. O bildirib ki, burada mühüm istiqamətlərdən biri icbari sığortaların təkmilləşdirilməsidir:
“İcbari sığortaların təkmilləşdirilməsi dedikdə, həm əhatə dairəsinin genişləndirilməsi, həm effektivliyin artırılması, həm də məlumat bazalarının və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.
Məlumat bazaları dedikdə nəyi nəzərdə tuturuq? Məsələn, əgər evin çıxarışı yoxdursa, ev sığortasına çıxış da yoxdur. Artıq bu məlumat bazalarına girişin əldə olunması sığorta şirkətlərinə məlumatları daxil etmək imkanı verəcək. İndi icbari avtosığorta üzrə şirkətlər Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil ola bilir, orada texniki pasportun və avtomobilin qeydiyyat nömrəsini yazmaqla bütün məlumatları görə bilirlər. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı belə bir layihənin hazırlanması nəzərdə tutulur”.
R. Cəfərov onu da qeyd edib ki, icbari əmlak sığortası təkcə çıxarışı olan mənzillər və obyektlər üçün deyil: “Qanunda da qeyd olunub ki, əmlak bələdiyyə və icra hakimiyyətinin sənədləri, dövlət qurumlarının alqı-satqı müqaviləsi ilə də sığortalana bilər”.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Oktyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















