Icma.az
close
up
RU
“Kür” İslandiya klubu ilə üzüzə İdman və Biz

“Kür” İslandiya klubu ilə üzüzə İdman və Biz

Kişi həndbolçulardan ibarət “Kür” klubu bu gün növbəti avrokubok oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Avropa kubokunda mübarizə aparan təmsilçimiz 3-cü mərhələnin ilk görüşünü keçirəcək.

Təmsilçimiz İslandiyanın “Haukar” klubu ilə qarşılaşacaq. “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq qarşılaşmada rəqib meydan sahibi hesab olunacaq. Belə ki, komandalar arasında razılığa əsasən, hər iki matç ölkəmizdə keçiriləcək.

Qeyd edək ki, sabah eyni arenada keçiriləcək qarşılaşmada “Kür” meydan sahibi olacaq. Oyun saat 17:00-da başlayacaq.

Avropa kuboku
3-cü mərhələ, ilk oyun
30 noyabr
17:00. “Haukar” (İslandiya) – “Kür” (Azərbaycan)

Hakimlər: Dorian Sırbu, Viktor Serdyuk (hər ikisi Moldova)
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İdman.biz

seeBaxış sayı:79
embedMənbə:https://www.idman.biz
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri