Kurasiya üzrə məktəb direktorları ilə növbəti görüş keçirilib
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Paytaxtın Xətai rayonundakı ümumi təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Qədiməliyev, sektor müdirləri Tural Mahmudov və Bəşarət Məmmədov, həmçinin məktəb direktorları iştirak ediblər.
İdarənin müdir müavini X.Əhmədzadə tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, müasir yanaşmalardan irəli gələn zəruri amilləri nəzərə çatdırıb.
Müdir müavini A.Qədiməliyev keyfiyyətin idarəolunması mexanizmləri, məktəb direktorunun fəaliyyət istiqamətləri, zəruri ehtiyaclar üzrə təminat barədə danışıb, müvafiq tövsiyələrini verib.
Sektor müdirləri T.Mahmudov və B.Məmmədov elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması barədə fikirlərini bildiriblər
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:İki kurasiya üzrə məktəb direktorları ilə görüş keçirilib
02 Dekabr 2024 12:22
Kurasiya üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçiriib
05 Dekabr 2024 16:13
Məktəb direktorları ilə görüş keçirilib
10 Fevral 2025 17:29
Sabunçu rayonunun məktəb direktorları ilə görüş keçirilib AZƏRTAC
23 Dekabr 2024 16:41
Sabunçu rayonunda məktəb direktorları ilə görüş olub AZƏRTAC
02 Dekabr 2024 12:19
Baxış sayı:180
Bu xəbər 14 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















