Kurban Berdiyev: Böyükhesablı qələbə gözləmirdik
Icma.az bildirir, Idman.biz portalına istinadən.
"Məmnunuq, amma daha yaxşı oynaya bilərik".
İdman.biz xəbər verir ki, bu sözləri "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev deyib.
Türkmənistanlı çalışdırıcı yanvarda Gəncə klubuna böyük hesabla məğlub olduqlarını unutmadıqlarını bildirib: “Oyundan məmnunluq var. Son turda azarkeşləri sevindirə bildik. Biz 2:5 hesablı məğlubiyyəti yadımızda saxlamışdıq. Amma oyundan qabaq belə böyükhesablı qələbə gözləmirdik. “Turan Tovuz”dan milliyə oyunçu çağırılmaması ilə bağlı heç nə deyə bilmərəm. Bu, millinin baş məşqçisinin qərarıdır”.
İdman.biz

