Kurban Berdiyev braziliyalı futbolçunu “sildi” GÖNDƏRİLİR
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Turan Tovuz” yeni mövsümün hazırlıqlarını davam etdirir. Bölgə təmsilçisi bir neçə futbolçu ilə yollarını ayıracaq. Baş məşqçi Kurban Berdiyev planlarına daxil olmayan oyunçularla bağlı rəhbərliyə məlumat verib.
Əldə etdiyimiz məlumata görə, onlardan biri Kauan Martinsdir. Təcrübəli mütəxəssis bu futbolçu ilə çalışmaq istəmir. Yanvarda heyətə qatılan müdafiəçinin çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən də braziliyalının Tovuz klubundan ayrılacağı gözlənilir.
Xatırladaq ki, braziliyalı müdafiəçi Kauan Martinslə yanvarda 6 ay + 1 illik müqavilə bağlanmışdı. O, karyerası ərzində Şimali Makedoniyanın “Brera Strumitsa”, ölkəsinin “Pirasikaba”, “Mariliya”, “Qremio”, Estoniyada isə “Narva-Trans” kimi klubların şərəfini qoruyub.
Martins cari mövsüm “Turan Tovuz”un heyətində 15 oyun keçirib və 2 qol vurub.
İdmanxeber.az/Həsən Quluzadə
Baxış sayı:39
Bu xəbər 04 İyun 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















