Kurban Berdiyev: “Dediklərimlə heç nə dəyişməyəcəksə, mənası yoxdur”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“İlk hissənin ilk 15 dəqiqəsinə toparlanmış vəziyyətdə çıxa bilmədik. Bu da iki qol buraxmağımızla nəticələndi. Sonradan isə nəyisə düzəltmək artıq çətin oldu”.
İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının XXII turunun “Sabah”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
Təcrübəli müətəxəssis məğlubiyyətin səbəbini izah edib: "Rəqibə ikinci toplarda uduzduq. İkinci qolu buraxdığımız ana gəldikdə, Rəhim Sadıxovun butsısı çıxmışdı, hakimlə uzun mübahisə oldu. Ona fit vermədilər. Uzun mübahisə oldu, rəqib isə dərhal oynadı və qollarını vurdu".
Baş məşqçi hakim qərarlarından narazılığını ifadə edib: "Hakim qərarları barədə danışmaqla nəsə dəyişəcəksə, başqa məsələ. Mənim dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Jo Batiştanı əlləri ilə tuturlar, imkan vermirlər oynamağa. Lakin hakim fitini səsləndirmir”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















