Icma.az
close
up
RU
Kurban Berdiyev: Hamını eyni anda meydana buraxmaq olmur

Kurban Berdiyev: Hamını eyni anda meydana buraxmaq olmur

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatlı idik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 29-cu turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Turan Tovuz" son 5 oyuna cəmi 2 xal toplayıb. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?

Bu barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.

- Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında insident oldu. Bu haqda məlumatlısız?

Xeyr, məlumatımız yoxdur.

- Tural Bayramlını ümumiyyətlə siyahıdan çıxarmısız? Ona güvəniniz yoxdur?

Xeyr, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur.

- Anton Kraçkovski hansı məqsədlə gətirilib komandaya? Bu gün də oynamadı...

- Xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük.

- Bundan əvvəlki oyunlarda da onu meydanda görmürük. Səbəbi var?

Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir.

- Qışda gətirilən futbolçular ya oynamır, ya da özlərini yaxşı göstərmir. Məsuliyyəti kimin üzərinə atmaq olar?

- Deməzdim ki, uğursuz transferlərdir. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Aprel 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see304

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see271

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see251

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see243

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see230

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see222

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see220

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see213

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see213

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see212

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see210

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see205

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see199

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see199

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see197

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see185

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see185

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see182

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri