Kurban Berdiyev: “Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Turan Tovuz” Misli Premyer Liqasının 16-cı turunda səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"İlin sonuncu oyunu idi. Uşaqlar məsuliyyəti dərk edirdilər. Zədə səbəbindən həyətdə itkilər var idi. Bəzi futbolçular öz mövqelərində oynamırdı. Vacib qələbəyə görə onlara təşəkkürümü bildirirəm", - deyə Berdiyev söyləyib.
- Ötən matçdan sonra azarkeşlər sizin ünvanınıza istefa şüarları səsləndirdilər. Bu gün təzyiq hiss edirdiz?
- Xeyr. Mən təcrübəli məşqçiyəm. Belə şeylərə fikir vermirəm.
- Azərbaycan mətbuatını izləyirsiz?
- Rusiyada olanda da mətbuatda yazılanları oxumurdum. Mən yalnız öz işimə köklənirəm.
- Qış təlim-məşq toplanışının planları qurulub?
4-18 yanvar tarixləri arasında Türkiyədə toplanış keçəcəyik. Ayın 10-u və 17-si yoxlama oyunlarımız olacaq.
Baxış sayı:87
Bu xəbər 19 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















