Icma.az
close
up
RU
“Kurban Berdıyev və rəhbərlik “sandığın ağzını” açmağa məcburdu” niyə belə dedi?

“Kurban Berdıyev və rəhbərlik “sandığın ağzını” açmağa məcburdu” niyə belə dedi?

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Turan Tovuz” “instaqram” hesabında yaydığı paylaşımla baş məşqçi Kurban Berdıyevə dəstəyini nümayiş etdirdi.

Tovuzlular avrokubokla vəsiqə qazanmasa da, klub 72 yaşlı mütəxəssisə güvənir, yola onunla davam edəcək.
“Football-plus.az” bu addımın nə dərəcədə doğru olduğu haqda Aslan Kərimovun fikrini öyrənib:

“Yaxşıdı, yoxsa pisdi - rəhbərlik daha doğru bilir. Qıraqdan baxan adam kimi onu deyə bilərəm ki, legioner məşqçilərə transfer baxımından daha çox üstünlük verirlər. Komandanın formalaşmasında, daha güclü futbolçuların gətirilməsində Kurban Berdıyev kimi avtoritet məşqçinin olması böyük üstünlükdü.Yerli məşqçilərə inam o qədər də yüksək deyil. İndiyə qədər keçdiyimiz təcrübəni, ayrılan maliyyəni nəzərə alaraq bu fikri demək olar. Düzdü, istisnalar da var. Berdıyevin “Turan Tovuz”da olması gələn mövsüm üçün daha yaxşı transfer etməyə imkan yaradacaq. Builki transferlər haqda nəsə demək mümkündü, amma strategiyadan xəbərim olmadığından kimisə günahlandıra bilmərəm. Bəlkə büdcə yetərincə yüksək deyildi. Ümumilikdə onu deyə bilərəm ki, gələn mövsüm üçün daha yaxşı futbolçular transfer etmək imkanları var. Rəqabətdə qalmaq istəyirlərsə, mütləq yaxşı transferlər etməlidilər. “Qarabağ” və “Zirə” sabitliyi saxlayacaq, “Sabah” kubokun sahibi kimi rəqabət aparacaq gücdədi. Ümid edək ki, “Neftçi” də o səviyyəyə gəlib çıxacaq ki, qızıl medal, ən azı medallar uğrunda mübarizə apara bilsin. Belə rəqabətin içində Kurban Berdıyev və rəhbərlik “sandığın ağzını” açmağa məcburdu. Hər halda, düşünürəm ki, Berdıyevin mübariz komanda yaratmaq imkanı var”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri