Icma.az
close
up
RU
Kürd separatizminə BÖYÜK ZƏRBƏ: “Bir gün ABŞ tərəfindən tərk edilə biləcəklərini dərk edirlər”

Kürd separatizminə BÖYÜK ZƏRBƏ: “Bir gün ABŞ tərəfindən tərk edilə biləcəklərini dərk edirlər”

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Abdullah Öcalanın PKK-ya silah buraxmaqla bağlı müraciəti Türkiyə siyasi dairələrində müxtəlif reaksiyalarla qarşılandı. Bir tərəfdən, bu, Türkiyənin regiondakı strateji qələbəsi kimi qiymətləndirildi, digər tərəfdən isə bəzi dairələr bu açıqlamanın arxasında daha geniş siyasi planların ola biləcəyini düşünərək ehtiyatla yanaşdılar”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi 26 ildir ki, İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalanın terror qruplaşmasına silahı yerə qoyması ilə bağlı çağırışından sonra Suriyada fəaliyyət göstərən YPG-nin siyasi qolu SDQ-nin yeni Suriya hakimiyyətinə inteqrasiyası haqqında imzalanan sənədə münasibət bildirib.

Analitikinin sözlərinə görə. bununla belə, Öcalanın kürd siyasi və hərbi dairələrinə təsiri inkar edilə bilməz:

“Onun müraciətinin ardınca Suriyada Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Mazlum Abdi ilə Dəməşq hökumətinin razılığa gəlməsi bu müraciətin real təsir gücünü ortaya qoyur. Məlumdur ki, kürd siyasi və hərbi təşkilatları arasında Öcalan bir simvol liderdir. Onun mesajları təkcə PKK-nın deyil, digər kürd silahlı qüvvələrinin və siyasi liderlərinin də strateji qərarlarında müəyyən rol oynayır. Xüsusilə də Suriyadakı kürd qüvvələri – SDQ və onun daxilindəki müxtəlif siyasi və hərbi qruplar, Öcalanın bu çağırışına diqqətsiz yanaşa bilməzdilər”.

O, bəyan edib ki, Mazlum Abdi və onun rəhbərlik etdiyi kürd qüvvələri son illərdə ABŞ və Qərbin dəstəyi ilə müəyyən ərazilərdə möhkəmlənsələr də, onların gələcəyi qeyri-müəyyən idi:

“Siyasi müşahidəçilər yaxşı bilirlər ki, Donald Tramp xarizmatik və güclü liderlərlə işləməyi üstün tutur. Onun bu yanaşması təkcə ABŞ-nin daxili siyasətində deyil, xarici siyasətində də özünü göstərib. Ərdoğan da belə liderlərdən biridir. Kürd siyasi və hərbi dairələri isə anlayır ki, Tramp və onun komandası Türkiyə ilə münasibətləri qorumaq və Ərdoğanla anlaşmaq xətti götürsələr, ABŞ-nin kürd silahlı qüvvələrinə verdiyi dəstək zəifləyə bilər. Yəni bu qüvvələr bir gün ABŞ tərəfindən tərk edilə biləcəklərini dərk edirlər. Bu ehtimal SDQ-ni yeni qərarlar verməyə vadar etdi. ABŞ-nin onları birdən-birə dəstəksiz buraxma ehtimalını nəzərə alaraq, Suriyanın mərkəzi hökuməti ilə razılığa gəlməyə üstünlük verdilər. Mümkündür ki, bu razılaşma gələcəkdə Şimali İraqdakı Kürd Muxtariyyəti modelinə bənzər bir muxtariyyət formasının yaranması ilə nəticələnsin. Yəni Suriyadakı kürdlərə yerli özünüidarə imkanlarının genişləndirilməsi, mədəni və inzibati muxtariyyət verilməsi mümkündür”.

“Türkiyə illərdir ki, Suriyada əsas təhlükə mənbələrindən biri kimi kürd separatizmini görür. Ankaranın narahatlığına səbəb olan əsas məqam isə ABŞ və İsrailin regiondakı kürd qrupları ilə əlaqələrini davam etdirməsi idi. Lakin hazırkı vəziyyətdə Suriyadakı kürdlərin mərkəzi hökumətlə razılaşması Türkiyənin maraqlarına uyğun gələn bir inkişafdır. Bu razılaşma həm də İsrailin kürd qüvvələri üzərindəki təsirini zəiflədə bilər. Çünki son dövrlərdə İsrail artıq kürd məsələsinə əvvəlki qədər diqqət yetirmir, əvəzində druzlar və ələvilər kimi başqa etnik-dini qruplara daha çox yönəlir. Bunun əsas səbəblərindən biri, məhz Türkiyənin kürd məsələsində müəyyən üstünlük qazanmasıdır”, – deyə o, əlavə edib.

Həmsöhbətimiz əlavə edib ki, əgər gələcəkdə Suriyada kürdlərə hansısa bir muxtariyyət verilərsə, bu, bir neçə formada ola bilər:

“İnzibati muxtariyyət – kürdlər müəyyən bölgələrdə yerli idarəetməyə sahib olacaqlar, lakin bu, tam siyasi muxtariyyət anlamına gəlməyəcək; mədəni muxtariyyət – kürdlərin mədəni hüquqları genişləndiriləcək, onların dili, mədəniyyəti və təhsil sistemi üçün yeni imkanlar yaradılacaq; regional yerli idarəetmə – kürd bölgələrində müəyyən muxtar bölgələr yaradılaraq yerli hakimiyyət formalaşdırıla bilər, lakin bu, Suriyanın ümumi dövlət strukturu çərçivəsində olacaq”.

“Bu ssenarilərdən hər hansı biri həyata keçsə, Türkiyə üçün ən vacib məqam odur ki, Suriyada kürdlərin tam müstəqil bir dövlət qurmaq imkanları məhdudlaşdırılacaq. Hazırkı situasiya Türkiyə üçün əlverişli görünür. ABŞ-nin regiondakı strategiyasının dəyişməsi və kürd qüvvələrinin qorxu içində yeni yol axtarması Türkiyənin Suriyada əlini gücləndirir. Nəticədə, İsrailin kürdlər üzərindəki təsiri zəifləyir, SDQ isə Ankara və Dəməşq arasında sıxışaraq daha məhdud seçimlər qarşısında qalır. Bu isə Türkiyənin regiondakı rəqibləri üzərində üstünlük qazanmasına imkan yaradır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri