Kürdəmirdə ağır yol qəzası olub, ölən var Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


