Icma.az
close
up
RU
Kürdəmirdə arvadını görməyə gedən kişi DÖYÜLDÜ

Kürdəmirdə arvadını görməyə gedən kişi DÖYÜLDÜ

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Kürdəmir rayonunda 2004-cü il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Cəlilə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. Nəsib kənd ərazisində qohumu Cəlilin nənəsigilə gələrək, onu narahat etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onun boğazından əli ilə sıxıb və yumruqla sifətindən bir-neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlil onun qohumudur, münasibətləri həmişə yaxşı olub: "Məlum hadisə günü, saat 22 radələrində nənəm Sonanın evindən səs-küy gəldiyini eşidərək oraya getmək üçün küçəyə çıxdım. Həmin vaxt küçədə qohumum Cəlili gördüm. Cəlilə bir daha bu evə gəlməməsini dedim və bununla bağlı aramızda mübahisə baş verdi. Bu zaman Cəlilin üzərinə gedərək boğazından tutdum, sifətinə bir-neçə dəfə yumruqla vurdum. Cəlili vurarkən orada bizdən və nənəmdən başqa heç kəs olmayıb. Sonradan etdiyim hərəkətlərə görə peşman oldum. Cəlil ilə barışmışam, Cəlilə dəymiş ziyanı tamamilə ödəmişəm. Cəlil məni bağışlayıb".


İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlilin sözlərinə görə, təqsirləndirilən Nəsib onun qaynı oğludur, aralarında ədavət və düşmənçilik olmayıb: "Hadisə günü saat 22 radələrində arvadım Güneli görmək üçün qayınanam Sonanın yaşadığı evə getdim. Qayınanam mənə irad tutdu, aramızda mübahisə düşəcəyini görərək küçəyə çıxdım. Küçədə Nəsib ilə rastlaşdım.
Aramızda gedən söhbət zamanı Nəsib mənə "sənə deməyiblər buraya gəlmə", - dedi. Həmin vaxt arvadım Güneli görməyə gəldiyimi deyərək işlərimə qarışmamağı məsləhət gördüm. Bu vaxt Nəsib sözlərimdən əsəbiləşərək üzərimə gəldi, boğazımdan yapışdı və yumruqla sifətimə bir-neçə dəfə vurdu. Ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, baş verənlər barədə məlumat verdim. Həm də Kürdəmir Rayon Polis Şöbəsinə gedərək ərizə yazdım".
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri