Kürdəmirdə avtomobil aşıb: Xəsarət alan sürücü Bakıya gətirilir
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kürdəmirdə avtomobilini aşıran sürücü müalicəsini paytaxt klinikalarından birində davam etdirəcək.
Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə dünən Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Heyran Şükürovanın idarə etdiyi "Kia" markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisə zamanı avtomobildə olan daha bir nəfər sərnişin də xəsarət alıb.
İlkin yardımdan sonra paytaxt sakini olan, Mingəçevir təvəllüdlü sürücü və sərnişin rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra vəziyyəti daha ciddi olan H. Şükürovanın müalicəsini paytaxt klinikalarından birində davam etdirməsinə qərar verilib.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:103
Bu xəbər 12 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















