Icma.az
close
up
RU
Kürdəmirdə canavarların təsərrüfatlara hücum SƏBƏBİ

Kürdəmirdə canavarların təsərrüfatlara hücum SƏBƏBİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmir rayonunda canavarların kənd təsərrüfatı obyektlərinə hücumu ilə bağlı daha bir hadisə qeydə alınıb. Hadisə rayonun Ərşəli kəndində baş verib. Belə ki, yırtıcı heyvanlar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğluna məxsus təsərrüfata hücum ediblər. Nəticədə ona məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Modern.az-a açıqlamasında hadisəyə aydınlıq gətirən Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərov bildirib ki, son dövrlərdə yırtıcı heyvanların, xüsusilə də canavarların yaşayış məntəqələrinə və heyvan saxlanılan ərazilərə hücum halları artmaqdadır. Onun sözlərinə görə, bu vəziyyət bir sıra obyektiv amillərlə əlaqələndirilir.

“Ümumiyyətlə, yırtıcı heyvanların hərəkət trayektoriyası əsasən iki əsas faktorla müəyyən olunur: qida ehtiyacı və çoxalma instinkti.

Canavarlar adətən birbaşa yaşayış məskənlərinin daxilində deyil, kəndlərə bitişik çöllük və yarımsəhra ərazilərdə məskunlaşırlar. Həmin ərazilər əsasən yerli əhali tərəfindən örüş sahəsi kimi istifadə olunur, mal-qara və qoyun sürüləri otarılır, eyni zamanda kənd təsərrüfatı məqsədilə əkin sahələri yerləşir. İnsan fəallığının az olduğu bu ərazilər canavarlar üçün əlverişli gizlənmə və məskunlaşma mühiti yaradır. Onlar burada mağaralar qurur və əsasən gecə, eləcə də alatoran saatlarda fəal olurlar”.

O, qeyd edib ki, canavarların əsas qida bazasını gəmiricilər, dovşanlar, porsuq və digər xırda və iri məməlilər təşkil edir:

“Lakin torpaqların intensiv becərilməsi, şumlanması və mövsümi dəyişikliklər nəticəsində bu heyvanların sayı azalır. Nəticə etibarilə, yırtıcılar qida çatışmazlığı ilə üzləşir və yem axtarışı məqsədilə kəndlərə, xüsusilə heyvan saxlanılan tövlələrə yönəlirlər”.

T.İsgəndərov onu da əlavə edib ki, canavarlar adətən insanlarla təmasdan qaçırlar:

“Gündüz saatlarında nadir hallarda görünmələri isə əsasən yaşayış ərazilərinin tərk edilməsi və ya yem qıtlığı ilə bağlı olur. Əgər canavar insanla qəfil qarşılaşarsa və insan panikaya düşərək aqressiv davranış nümayiş etdirərsə, yırtıcı bunu təhlükə kimi qəbul edib özünümüdafiə məqsədilə hücum edə bilər. Bu isə həm insan, eləcə də heyvanlar üçün risk yaradır”.

Müsahibimizin fikrincə, canavarların tövlələrə daxil olması aqressiya məqsədi daşımır:

“Bu, yalnız qida ehtiyacından irəli gəlir. Kəndlərə bitişik ərazilərdə heyvanların nəzarətsiz saxlanılması isə yırtıcılar üçün asan qida mənbəyi yaradır və hücum riskini artırır”,-deyə o bildirib.

Qeyd edək ki, canavarların hücumu nəticəsində Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına ümumilikdə təxminən 8 min manat maddi ziyan dəyib. Xatırladaq ki, bu, rayonda baş verən ilk hadisə deyil. Bir neçə gün əvvəl Kürdəmirin Çöl Qubalı və Sığırlı kəndlərində də oxşar hücumlar qeydə alınıb və fermerlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri