Kürdəmirdə doqquzuncu sinif şagirdini dəmir yolunda cərəyan vurdu VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Kürdəmirdə bədbəxt hadisə baş verib. Avtosfer.az xəbər verir ki, doqquzuncu sinif şagirdi Sərvət Nazim oğlu Səfərli dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən onu elektrik cərəyanı vurub. Nəticədə, məktəbli ağır bədən xəsarətləri alıb. Yaralı ətrafdakı şəxslərin köməyilə dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə şahidi baş verənləri belə şərh edib:
"Mən mağazada işləyirəm. Səsə baxdım, elə bildim transformator partayıb. Yaxınlaşanda gördüm uşaqların biri yerdədir. Oradan keçmək üçün yer var idi, bilmədim orada oynayırdılar, ya nə edirdilər. Təcili yardıma zəng etdik. Vəziyyəti ağır idi".
Yaralının qohumu hadisə ilə bağlı bunları deyib:
"Uşaq dəmir yolundan keçərkən əli cərəyan xəttinə toxunub və elektrik cərəyanı vurub. Yanıq xəsarətləri alıb, vəziyyəti ağır idi. Yaxşı, tərbiyəli uşaqdır, ailənin tək övladıdır, dərslərini əla oxuyurdu".
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, pasiyentə ilkin tibbi yardım göstərilib və vəziyyəti nəzərə alınaraq daha ixtisaslaşmış müalicə üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 19 Dekabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















