Kürdəmirdə qatar yola qəfil çıxan şəxsi vurub öldürdü
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.
ADY-dən "Unikal"a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Bu mövzuda digər xəbərlər:Bakıda elektrik dirəyinə çıxan şəxsi cərəyan öldürdü
03 Aprel 2025 14:16
Kürdəmirdə bir nəfəri qatar vurub öldürdü
13 Mart 2025 00:12
Bakıda sərnişin qatarı qəfil yola çıxan şəxsi vurub
01 Aprel 2025 13:54
Kürdəmirdə kişini cərəyan vurub öldürdü
20 Yanvar 2025 18:14
Şabranda qəfil yola çıxan piyadanı maşın vurub öldürdü FOTO
04 Dekabr 2024 17:30
Baxış sayı:118
Bu xəbər 12 Mart 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















