Kürdlərin 15 ictimai xadimi Suriya prezidenti ilə qapalı görüş keçirdi
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Suriyanın şimalındakı Kobani şəhərindən olan 15 nüfuzlu kürd ictimai xadimi prezident Əhməd əş-Şaraa ilə qapalı görüş keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə kürd mənbələri Middle East Eye nəşrinə məlumat verib.
Görüş ötən həftənin əvvəlində baş tutub.
Mənbələrin bildirdiyinə görə, iştirakçılar arasında kürdlərin müxtəlif siyasi cərəyanlarını təmsil edən şəxslər, o cümlədən kürd “Suriya Demokratik Qüvvələri”nin tərəfdarları və əleyhdarları da olub.
Görüş zamanı Suriya lideri kürdlərin vətəndaş və mədəni hüquqlarının tanınmasına dair bu yaxınlarda elan etdiyi bəyannamənin tam icrasının vacibliyini vurğulayıb. O, bütün kürdlərlə əməkdaşlığa hazır olduğunu bildirib və yeni Suriya dövlətinin kürdlərin hüquqlarını qoruyacağını dəfələrlə bəyan edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















