Kürdlərin dövlət qurmaq cəhdi xəyal oldu Suriyada nə baş verir? (TƏHLİL)
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyada maraqlı proseslər gedir. Belə ki, SDQ/YPG rəhbəri Məzlum Abdi ilə Suriyanın xarici işlər naziri Həsən Şeybani arasında telefon danışığı baş tutub. Söhbətin müsbət məcrada keçdiyi bildirilir. Bir müddətdir mübahisəli qalan məsələlər ətrafında ortaq məxrəcə gəlindiyi deyilir.
Anlaşmaya əsasən, SDQ/YPG bölgələrində qismən muxtar idarəetmə olacaq. SDQ/YPG öz strukturu ilə Suriya ordusuna qoşulacaq. Lakin yalnız üç diviziya saxlanılacaq, digərləri isə ləğv ediləcək. Qruplaşma üzvlərindən biri müdafiə nazirinin müavini təyin ediləcək. Hələlik bu şəxsin kimliyi bəlli deyil, lakin onun Məzlum Abdi olmayacağı bildirilir.
Həsəkə və Qamışlıda idarəetmə kürd administrasiyasında qalacaq. Sərhəd keçid məntəqələri və neft yataqları Dəməşqə təhvil veriləcək. Lakin bu obyektləri kürdlərdən ibarət, Suriya hökumətinin komandanlıq edəcəyi heyət qoruyacaq.
Kürd dili Suriyada İsraildə ərəb dilinin malik olduğu statusa bənzər şəkildə xüsusi regional dil statusu əldə edəcək. Novruz dövlət tərəfindən qeyd edilən milli bayram statusu qazanacaq. Vətəndaşlıqdan məhrum edilmiş kürdlərin vətəndaşlığı bərpa ediləcək. Rəsmi Dəməşq Həsəkəyə öz valisini təyin edəcək.
Razılaşmanın bir çox bəndi üzrə ortaq məxrəcə gəlinsə də, mübahisəli qalan maddələr də mövcuddur. Məhz buna görə hələlik razılaşma nə Dəməşq, nə də SDQ tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Məsələn, SDQ hələ də Suriya ordusuna fərdi şəkildə deyil, üç diviziya formasında inteqrasiya etməkdə israrlıdır və bununla da öz strukturunu qoruyub saxlamağa çalışır.
Suriya ordusunun komandanlığı altında fəaliyyət göstərməsini, lakin daxili birliyini və bütövlüyünü qorumaqla üç diviziya şəklində inteqrasiyası da nəzərdə tutur. İlkin razılaşma əldə edilib və buna görə də təşkilatın nəzarəti altında olan ərazilər rəsmi olaraq Suriya dövlətinin tərkib hissəsi kimi qalacaq, lakin kürdlər bu ərazilərin idarə olunmasında söz sahibi olacaqlar. Sərhəd keçid məntəqələri və neft yataqları Dəməşqə təhvil veriləcək, lakin bu sahələrə nəzarət üçün dövlət qurumlarında kürd personalı işə götürüləcək.
Kürdlərin düşündüyündən daha kiçik ərazilərdə nəzarət saxlanılsa, əllərində olan silahlı qüvvələrin kontingenti azaldılsa da, nəticə etibarilə istəklərinə nail olurlar. Əslində, bu maksimalist mövqe arzuolunan nəticəyə çatmaq üçün idi. Yəni istər mədəni hüquqlar, istərsə də yüksək muxtariyyət məsələsində prinsipial mövqe sərgiləməklə, nəticə olaraq razılaşma yolu ilə bunları əldə edirlər.
Yeri gəlmişkən, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak, həmçinin CENTCOM heyəti SDQ lideri Məzlum Abdi və digər kürd liderlərlə görüşüb. Bu görüş ABŞ-ın Suriyadakı qüvvələrini tamamilə çıxarmaq qərarı fonunda baş verir.
ABŞ necə ki, Əfqanıstanı tərk edərkən silahları Talibana buraxdı, eyni şəkildə Suriyada da bu silahları SDQ/YPG-yə buraxacaq. Yəni əslində ABŞ kürdlərə dəstək verməkdən imtina etmir. Əksinə, bu dəstək davam edəcək.
Nəticə etibarilə kürdlərin Suriyada muxtariyyət əldə etməsi gələcəkdə müstəqilliyə gedən yollarını aça bilər. Üstəlik, bu proses İraqla paralel və koordinasiyalı şəkildə irəliləyir.
Turan Rzayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 24 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















