Kürdlərin rəhbərlik etdiyi döyüşçülər Suriyanın Hələb şəhərini tərk ediblər
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kürdlərin rəhbərliyində olan Suriya Demokratik Qüvvələrinin (SDF) son döyüşçüləri bir neçə gün davam edən toqquşmalardan sonra Suriyanın Hələb şəhərini tərk ediblər.
APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Rəsmilərin telekanala bildirdiyinə görə, kürd rəhbərliyində olan Suriya Demokratik Qüvvələrinin (SDF) son döyüşçüləri Suriyanın ikinci ən böyük şəhəri olan Hələbi tərk ediblər. Bu, bir neçə gün davam edən toqquşmalardan sonra olub. Onlara təxliyəyə imkan verən atəşkəs razılaşması qəbul edilib.
Hələb valisi Əzzam əl-Qərib bu gün səhər saatlarında telekanala bildirib ki, hökumət qüvvələrinin gecə ərzində döyüşçülərin avtobuslarla şəhərdən çıxarılmasını koordinasiya etməsindən sonra Hələb “SDF döyüşçülərindən tamamilə təmizlənib”.
SDF komandiri Məzlum Abdi (Məzlum Kobani kimi də tanınır) isə bildirib ki, beynəlxalq vasitəçilik yolu ilə atəşkəs və mülki şəxslərin və döyüşçülərin təhlükəsiz təxliyəsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, 150 mindən çox insan isə didərgin düşüb.
Baxış sayı:58
Bu xəbər 11 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















