Kürəkəni ürək əməliyyatı keçirmiş qayınatasını yumruqla öldürüb
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.
O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.
Baxış sayı:66
Bu xəbər 27 Sentyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















