Kürəkənim səriştəsizliyindən maşını aşırtdı Namiq Məna
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış meyxanaçı Namiq Məna qızının ailə üzvləri ilə birlikdə Qubada qəzaya düşməsinin təfərrüatlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində telefon bağlantısı zamanı danışıb.
Onun sözlərinə görə, qəza yolların buz bağlaması və sürücünün ehtiyatsızlığı səbəbindən baş verib:
“Kürəkənim səriştəsizliyindən maşını aşırtdı. Çox şükür olsun ki, xəsarət alan olmadı, Allah saxladı. Nəvəmin 12 yaşı var. Həmin an Qubanın təbiətini lentə almaq istəyirdi. Təsadüfdən həmin qəza da kadrlara düşdü. Ciddi xəsarət almayıblar”.
Sənətçi həmçinin çətin anda köməyə gələn Quba sakinlərinə minnətdarlığını ifadə edərək, bu dəstəyi heç vaxt unutmayacağını qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də Qubada “KIA” markalı minik avtomobilinin idarəetmədən çıxıb qayadan aşması nəticəsində sənətçinin qızı, kürəkəni və nəvəsi müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar.
Baxış sayı:66
Bu xəbər 06 Yanvar 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















