Icma.az
close
up
RU
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kocaeli, 10 oktyabr, AZƏRTAC

Türkiyənin xarici siyasətində gənclər mühüm yer tutur. Türk Dövlətləri Təşkilatı çərçivəsində gənclərimizin, xüsusilə texnologiya və iqtisadiyyat sahələri başda olmaqla, bütün istiqamətlərdə əməkdaşlığının inkişafına böyük əhəmiyyət veririk. Gələn ildən etibarən Türk dünyası gənclərinin görüşünü davam etdirməyi planlaşdırırıq. Gələn il Türk dünyasının mədəniyyət paytaxtı seçilən Kayseridə bu görüşün ikincisini keçirəcəyik. İnanıram ki, gələn il Türk dünyasının müxtəlif ölkələrindən minlərlə tələbə və gənclə görüşəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuata açıqlaması zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu bildirib.

Türk dünyası gənclərinin bir yerə toplanması, təcrübə mübadiləsi aparması və birgə fəaliyyət imkanlarını müzakirə etməsinin ölkələrimiz arasında qardaşlıq, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edən Zorlu bildirib ki, Türk dünyası ölkələri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də idmandır.

“Hazırda Türk dövlətlərindən və digər bölgələrdən Türkiyəyə gələn futbolçular klublarımızda legioner statusunda çıxış edirlər. Məqsədimiz bu istiqamətdəki işi yekunlaşdıraraq həmin futbolçuların legioner deyil, türk futbolçusu statusunda oynamalarına imkan yaratmaqdır. İnanıram ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və digər türk dövlətlərinin milli komandaları bu qərar və qarşılıqlı əməkdaşlıq nəticəsində futbolda mühüm uğurlara imza atacaqlar. Bu təşəbbüs bizə 200 milyondan çox əhalisi olan Türk dünyasının gənclərini, istedadlarını və idmançılarını bir-birinə daha da yaxınlaşdırmağa imkan verəcək. Məqsədimiz yalnız ayrı-ayrı ölkələrin imkanlarından istifadə etmək deyil, həm də ortaq potensialımızı səfərbər edərək bütün Türk dünyasının inkişafına töhfə verməkdir.

Müasir dövrdə texnologiya və süni intellekt ölkələrin inkişafında mühüm rol oynadığını deyən sədr müavini Qazaxıstanın bu istiqamətdə Süni İntellekt Nazirliyi yaratdığını sözlərinə əlavə edib: “Türkiyədə Prezidentinin iştirakı ilə süni intellekt sahəsində baxış sənədi açıqlanıb. Özbəkistan və digər Türk dövlətlərində də bu sahədə mühüm addımlar atılır. Türk dövlətlərində gənc əhali ilə bağlı mühüm bir məqama da diqqət çəkmək istəyirəm. Hazırda Türk dövlətlərində 15-24 yaş arası gənclərin ümumi sayı 27 milyon nəfərdir. Bununla belə, gənc əhalinin artım tempi hələ arzu olunan səviyyədə deyil. Gənclərimizin potensialından daha səmərəli istifadə etməyi qarşıya məqsəd qoymuşuq. İstəyirik ki, ölkələrimizin insan resursları bir-birini tamamlasın, gənclərimizin bilik və bacarıqları ortaq inkişafımıza xidmət etsin, onların təhsil və məşğulluq imkanları genişlənsin. Bu məqsədlə “Kariyerim Türk” başlığı altında mühüm layihəyə də başlayırıq. Türk dünyasının ortaq insan resurslarının inkişafına xidmət edəcək bu layihə müxtəlif məşğulluq sahələrini əhatə edəcək, gənclərimizin iş imkanlarının genişləndirilməsinə və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

Kocaeli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri