Icma.az
close
up
RU
Kursantlarla bağlı mühüm qərar

Kursantlarla bağlı mühüm qərar

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.

Globalinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.

Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni – 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanacaq.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən yeni – 48-1-ci maddəyə əsasən, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirəcəklər.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna kursantın vəzifələri ilə əlaqədar 139-1-139-4-cü maddələr təklif edilir. Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdehdir. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifələrinə aşağıdakılar daxil olacaq:

– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

– hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

– təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

– öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

– hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

– üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

– komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

– igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

– silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

– dövlət sirrini qorumaq;

– komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

– dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

– hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

– şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

Həmçinin oxuyun:

Bu hücumlar casus şəbəkələrinə muzdlu xidmətdir – Zahid Oruc

– silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

– dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

– ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

– böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilməməlidir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilir. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.

Layihəyə görə, kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılırlar. Kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. 4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda qeyd edilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. Kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması bu Nizamnamə ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına aşağıdakı həvəsləndirmələr tətbiq ediləcək:

– təşəkkür elan etmək;

– əvvəl verilmiş intizam cəzasını götürmək;

– fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;

– hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;

– hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;

– əlaçı döş nişanı ilə mükafatlandırmaq;

– adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri), kursantlar barədə qeyd olunan həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara təşəkkür elan etmək və əvvəl verilmiş intizam cəzasını götürmək həvəsləndirmələri tətbiq etmək hüququna malik olacaqlar.

Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan kursantlar da təltif ediləcəklər.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları təhsilini başa vurduqda hissənin (gəminin) Fəxri kitabına adları yazılmaqla həvəsləndirilə bilər.

Kursantlara məzəmmət, töhmət, şiddətli töhmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənara növbəti buraxılmadan məhrumetmə (qadın hərbi qulluqçuları istisna olmaqla) və əlaçı döş nişanından məhrum etmə cəzası verilə biləcək.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara məzəmmət və töhmət intizam cəzalarını tətbiq etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri)isə kursantlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar.

Xidmət vərəqələri kursantlar üçün bölükdə doldurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see183

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see158

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see124

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see122

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see121

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri