Icma.az
close
up
RU
Kurskda ağır döyüşlər gedir Rusiyadan inanılmaz ƏMƏLİYYAT

Kurskda ağır döyüşlər gedir Rusiyadan inanılmaz ƏMƏLİYYAT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya ordusu bazar günü Kursk vilayətinin Sudja şəhərində Ukraynaya qarşı genişmiqyaslı hücuma keçib.

Modern.az-ın məlumatına görə, hər iki tərəfin rəsmi və qeyri-rəsmi kanalları məlumatı təsdiq edib.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, xüsusi təyinatlı qüvvələr qaz kəməri vasitəsilə şəhərə daxil olaraq Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edib. Ancaq Ukrayna Silahlı Qüvvələri (USQ) bu iddianı təkzib edir və bildirir ki, Rusiyanın xüsusi təyinatlı dəstələri vaxtında aşkar edilərək bloklanıb və məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videogörüntülərə görə, Rusiya PUA-ları Sudjadan geri çəkilən Ukrayna hərbçilərinin avtomobil kolonunu hədəf alıb. Nazirlik, həmçinin Kursk vilayətində Ukrayna qüvvələrinin nəzarətində olan üç yaşayış məntəqəsinin—Mala Lökniya, Çerkasskoye Poreçnoye və Kositsanın Rusiyanın "Şimal" qruplaşması tərəfindən ələ keçirildiyini bəyan edib.

Rusiyayönümlü hərbi bloqçularının məlumatına görə də, Rusiya ordusu qaz kəmərinin içi ilə Sudja yaxınlığına qədər irəliləyərək Ukrayna qüvvələrinə arxadan zərbə endirib. Onların iddiasına görə, bəzi xüsusi təyinatlılar kəmərin içində bir neçə gün gözləyib və qəfil hücuma keçib.

Ukrayna tərəfi, həmçinin Rusiya ordusunun Sudjanın ətrafında möhkəmlənmək cəhdlərinin uğursuz olduğunu bildirib. 

Rusiya hərbi bloqçusu Yuri Podolyaka Sudjada döyüşlərin bütün gecə boyu davam etdiyini bildirib. Digər bloqçu Yuri Kotenok isə Rusiya qüvvələrinin hazırda Sudjanın şimal-şərq hissəsində, xüsusilə Lomonosov küçəsində və sənaye zonasında döyüşdüyünü qeyd edib.

Ukrayna və Rusiya mənbələri fərqli məlumatlar yayır və hər iki tərəf Sudja uğrunda döyüşlərdə üstünlük əldə etdiyini iddia edir. Bununla belə, son həftələrdə Rusiya ordusu Kursk cəbhəsində Ukrayna qüvvələrini geri çəkilməyə məcbur edib və on minlərlə Ukrayna əsgərinin mühasirəyə düşmə riski artıb. Hazırda Sudja və ətraf bölgədə vəziyyət gərgin olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri