Icma.az
close
up
RU
Kurskda koreyalılar rusların əvəzindən döyüşür

Kurskda koreyalılar rusların əvəzindən döyüşür

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Şimali Koreyadan olan xüsusi təyinatlılar ruslara Kursk vilayətindəki ərazilərini Ukrayna Silahlı Qüvvələrindən almağa kömək edirlər.
Reyting.az
xəbər verir ki, bunu Cənubi Koreya kəşfiyyatı bildirib.
Məlumata görə, Şimali Koreyalılar dəniz və çay yolları ilə nüfuz etmək, həmçinin doğma torpaqlarının dağlıq ərazilərində döyüşmək üçün təlim keçiblər. Amma bu, onların artilleriya və PUA-larla səngərlərdə və tarlalarda aparılan məhvetmə müharibəsinə nə dərəcədə hazır olduqlarını aydın etmir.
Cənubi Koreya rəsmiləri şimal qonşusunun Ukraynaya qarşı döyüşdə necə davrandığını diqqətlə izləyir. Məlum olub ki, KXDR-in bir çox artilleriya mərmiləri onilliklər əvvəl istehsal olunduğu üçün nasazdır.
Seuldakı Koreyanın Müdafiə Təhlili İnstitutunun baş analitiki Doo Jin Ho-nun sözlərinə görə, KXDR Rusiyaya o qədər silah və sursat göndərib ki, hətta istəsə belə, Cənubi Koreyaya hücum edə bilməz. Onun fikrincə, bu, ölkənin lideri Kim Çen Inın ən böyük zəifliyidir.
Eyni zamanda bəzi Cənubi Koreyalı analitiklər Pxenyanla Moskva arasında əməkdaşlığın uzun müddət davam edəcəyinə şübhə ilə yanaşırlar.
Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqatçılarının hesabatına əsasən, Rusiya Federasiyası Şimali Koreyanın beynəlxalq ticarətinin silah ticarəti istisna olmaqla 2 faizdən azını, Çinin isə 90 faizdən çoxunu təşkil edir. Bununla belə, hətta bu kütləvi ikitərəfli ticarət bu ilin ilk 9 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 milyard dollardan 1,5 milyard dollara qədər azalıb.
V. QULİYEV

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri