Icma.az
close
up
RU
Kurt Qarriqan: COP29 Azərbaycanın iqlim dəyişmələrinə ciddi yanaşdığını göstərdi

Kurt Qarriqan: COP29 Azərbaycanın iqlim dəyişmələrinə ciddi yanaşdığını göstərdi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycanın COP29-u uğurla keçirməsi onun iqlim dəyişmələrinə ciddi önəm verdiyini və bu istiqamətdə tutarlı addımlar atdığını göstərdi. İqlim dəyişmələri zamanı şəhərlərin inkişafı və karbonsuzlaşdırılması olduqca mühüm məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı Şöbəsinin rəhbəri Kurt Qarriqan III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllər” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır.

“Bununla belə iqlim dəyişikliyinin təsirləri də ən çox şəhərlərdə hiss olunur; temperaturun artmasından və dəniz səviyyəsinin azalmasından tutmuş daşqınlara və su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili və qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur. Biz təkcə yumşaldıcı tədbirlərdə geridə qalmırıq, həm də ən çox ehtiyac duyulan yerlərdə davamlılığa az investisiya qoyuruq. Şəhər artımının sürətini nəzərə alsaq, bu, xüsusilə narahatedicidir”, - deyə K.Qarriqan vurğulayıb.

O həmçinin nəzərə çatdırıb ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq: “İqlim dəyişmələrinə biganə olmağımız bizi yüksək emissiyalı gələcəyə aparacaq. Lakin ümumi yanaşma və maliyyə problemlərinin həlli inklüziv, aşağı karbonlu şəhərlərin inkişafını təmin edəcək. III Azərbaycan Milli Şəhərsalma Forumu kimi tədbirlər məhz bu məqsədə xidmət edir. 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası öhdəlikləri yeniləmək, irəliləyişi izləmək üçün qlobal yoxlama məkanı olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri