Icma.az
close
up
RU
Kurtlar vadisi nin məşhur səhnəsində Polat ciddi xəsarət alıb, əməliyyat olunubmuş VİDEO

Kurtlar vadisi nin məşhur səhnəsində Polat ciddi xəsarət alıb, əməliyyat olunubmuş VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk televiziya tarixinin əfsanə seriallarından biri olan "Kurtlar Vadisi" illər keçsə də, kulis hekayələri ilə gündəmdə qalmağa davam edir.

Milli.Az xəbər verir ki, serialda "Süleyman Çakır" obrazı ilə yadda qalan məşhur aktyor Oktay Kaynarca illər sonra verdiyi açıqlama ilə çəkiliş meydançasında yaşanan maraqlı və eyni zamanda təhlükəli bir hadisəni danışıb. Onun dedikləri qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aktyor bildirib ki, çəkiliş zamanı az qala qəza baş verəcəkdi. Həmin dövrdə serialda "Polat Alemdar" obrazını canlandıran Necati Şaşmaz ilə birlikdə bir səhnədə olduqlarını deyən Kaynarca, səhnənin olduqca gərgin atmosferdə çəkildiyini vurğulayıb.

Ssenariyə uyğun olaraq əsəbi anı canlandırdıqlarını deyən aktyor, əlindəki telefonu əsəblə atdığını qeyd edib. Lakin gözlənilmədən telefon dekorasiyada olan çilçırağa dəyib. Zərbənin təsirindən çilçırağın şüşələri qırılaraq ətrafa səpələnib.

Kaynarcanın sözlərinə görə, qırılan şüşə parçalarından biri birbaşa Necati Şaşmazın gözünə tərəf gəlib. Bu an çəkiliş meydançasında böyük panika yaşanıb. Çəkiliş dərhal dayandırılıb və bütün heyət Şaşmaza kömək etməyə tələsib.

"Doğrudan da çox qorxduq. Telefon çilçırağa dəydi, şüşələr dağıldı və bir parça Necatinin gözünə gəldi. O an hamı donub qalmışdı, nə edəcəyimizi bilmirdik", - deyə Oktay Kaynarca yaşanan gərgin anları xatırlayıb.

Xoşbəxtlikdən hadisə düşündükləri qədər ciddi olmayıb. Aktyor bildirib ki, Necati Şaşmaz xəsarət alıb və xəstəxanaya aparılıb, gözünün içindən şüşə parçası çıxarılıb. 

Televiziya tarixində iz qoyan "Kurtlar Vadisi"nin pərdəarxasında yaşanan bu hadisə serialın nə qədər real və gərgin səhnələrlə çəkildiyini bir daha göstərib. Sosial şəbəkələrdə yayılan açıqlamadan sonra bir çox istifadəçi "deməli, o səhnələr həqiqətən də çox real imiş" kimi rəylər yazıb.

Hüseyn
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Mart 2026 05:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri