“Kurtlar Vadisi” serialında diqqətçəkən Venesuela detalı VİDEO
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
2005-ci ildə yayımlanan məşhur “Kurtlar Vadisi” serialında Venesuela detalı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, sözügedən kadrlar sosial şəbəkədə yenidən paylaşılıb.
Görüntülərdə əks olunan dialoqda Venesuela ilə ABŞ arasındakı münasibətlərdən bəhs edilib:
“ABŞ Milli Demokratiya Fonduna (NED) pərdəarxasında dəstək verir. Bu qurumun rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti keçmiş CIA – Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) əməkdaşlarıdır. ABŞ-da fond, institut və ya mərkəz adı altında fəaliyyət göstərən, hüquqi statusa malik bir çox qurum əslində CIA-nın maraqları naminə çalışır”.
Serialda bildirilir ki, NED dünən Nikaraquada və Kolumbiyada, bu gün isə Venesuelada müxtəlif əməliyyatlar həyata keçirir:
“Müasir dövrdə “demokratiya”, “azadlıq” və “insan haqları” anlayışları bir növ sehrli sözlərə çevrilib və bu anlayışların arxasında istənilən addımı atmaq mümkün olur. Ən təsirli təbliğat üsulu isə ümumiyyətlə təbliğat aparılmırmış kimi görünməkdir”.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp Amerikanın Venesuelaya qarşı “genişmiqyaslı hücum” həyata keçirdiyini və nəticədə ölkə lideri Prezident Nikolas Maduro ilə həyat yoldaşının “saxlanıldığını” açıqlayıb.
Bu gönderiyi Instagram’da gör
Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















