Kurtua Fransa klubunun səhmdarı olacaq
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”ın qapıçısı Tibo Kurtua Fransada 2-ci liqada çıxış edən “Le-Man” klubunun səhmdarına çevrilir.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat paylaşıb. Belçikalı qolkiperin həm idman, həm də media sahəsində yüksək peşəkarlığa malik olması fonunda onun gəlişinin kluba yeni nəfəs verəcəyi gözlənilir.
Xatırladaq ki, yayda Fransanın 2-ci liqa təmsilçisi “OutField” və “OakBerry” investisiya fondlarının simasında yeni maliyyə tərəfdaşlarını elan edib. Kurtuadan əvvəl bu layihəyə tanınmış serbiyalı tennisçi Novak Covokoviç, həmçinin "Formula-1"in sabiq pilotları Felipe Massa və Kevin Maqnussen də qoşulublar.
Klubun qarşısına qoyulan əsas məqsəd hazırda Liqa 2-də beşinci pillədə qərarlaşan komandanın mövqeyini qorumaq və nəticə etibarilə yenidən Liqa 1-ə qayıtmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Fevral 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















