Kurtua şayiələr barədə danışdı
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Real”ın (Madrid) belçikalı qapıçısı Tibot Kurtua paltardəyişmə otağındakı ab-hava və komanda yoldaşları barədə yayılan şayiələr haqqında danışıb.
Futbolpress.az xəbər verir ki, “DAZN Belgium” nəşrinə müsahibə verən təcrübəli qolkiper Vinisius Juniorun dublyorla əvəzlənməsi iddialarını gülərək təkzib edib. O, həmçinin Kilian Mbappeyə verilən “diktator” ləqəbinin komanda daxilində zarafat obyektinə çevrildiyini bildirib:
“Diktator Mbappe? Biz buna çox gülürük və hətta bəzən soyunub-geyinmə otağında mahnı formasında oxuyuruq”.
Kurtua “Qızıl top” uğrunda mübarizədə fransalı komanda yoldaşını dəstəkləsə də, komandada titulların azlığının ona mane ola biləcəyini vurğulayıb:
“Düşünürəm ki, fərdi səviyyədə Kiliandan daha yaxşı futbolçu yoxdur, lakin əfsuslar olsun ki, komanda şəklində heç nə qazana bilmədik”.
Lamin Yamalın çıxışını dəyərləndirən qolkiper gənc ulduzun qazandığı kubokların vacib rol oynadığını diqqətə çatdırıb:
“Mənim üçün Lamin Yamal DÇ-də gözləniləndən bir qədər zəif çıxış etdi, lakin o, dünya çempionu oldu, “Barselona” ilə liqanı qazandı və yaxşı mövsüm keçirdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 21 Oktyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















