Kürün səviyyəsi 14 sm artdı KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kür çayında suyun səviyyəsi 14 sm artıb.
Bu barədə KONKRET.az-a Milli Hidrometeologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 29-u saat 09:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.

Kürün səviyyəsi artıb
16 May 2025 10:38
Qıraqkəsəmən məntəqəsində Kürün səviyyəsi 26 sm artıb
16 May 2025 09:35
Talaçaydan sel keçir Kürün səviyyəsi 54 sm artıb
16 İyun 2025 09:32
Kürün səviyyəsi 1 metrə yaxın ARTIB
18 Aprel 2025 11:42
Salyanda Kürün səviyyəsi kəskin şəkildə düşdü
24 İyul 2025 21:19

