Kuryer və yük maşınlarında sürücü dövrü bitə bilər
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Avropada şəhərdaxili yükdaşıma sahəsində sürücüsüz nəqliyyat vasitələrindən istifadəyə keçid istiqamətində yeni layihəyə start verilir.
Demokrat.az xəbər verir ki, “Stellantis” şirkəti “UQI Robotics” ilə əməkdaşlıq çərçivəsində “Box-on-Wheels” adlı tam elektrikli və avtonom logistika vasitəsini Avropada sınaqdan keçirməyə hazırlaşır.
Almaniyanın Hannover şəhərində keçirilən “IAA Transportation 2026” sərgisində nümayiş etdirilən nəqliyyat vasitəsi əsasən şəhər daxilində “son kilometr” çatdırılmaları üçün nəzərdə tutulub. Layihənin məqsədi sürücüyə ehtiyac olmadan məhsulların daşınmasını təmin edən sistem yaratmaqdır.
Layihənin hazırlanmasını “Stellantis Pro One” və “UQI Robotics” birgə həyata keçirəcək. “UQI Robotics” süni intellekt, robototexnika, ətraf mühitin tanınması və avtonom idarəetmə texnologiyalarını təmin edəcək. “Stellantis” isə yüngül kommersiya avtomobilləri və logistika parklarının idarə olunması sahəsində təcrübəsini layihəyə tətbiq edəcək.
İlk mərhələdə “Box-on-Wheels” real iş şəraitində sınaqdan keçiriləcək. Testlər zamanı avtomobilin müxtəlif şərtlərdə fəaliyyəti, logistika proseslərinə verə biləcəyi töhfə və texnologiyanın daha böyük nəqliyyat parklarına tətbiq imkanları araşdırılacaq.
Layihə uğurlu nəticələr verərsə, avtonom nəqliyyat vasitəsinin Avropadan kənar bazarlara çıxarılması da nəzərdən keçiriləcək.
“Box-on-Wheels” ənənəvi yüngül kommersiya avtomobillərindən fərqli olaraq məhz avtonom yükdaşıma üçün hazırlanır. Tam elektriklə işləyən vasitənin müxtəlif rəqəmsal və bağlantılı xidmətlərlə yanaşı, logistika şirkətlərinin nəqliyyat parklarına inteqrasiya edilməsi nəzərdə tutulur.
“Stellantis” şəhərdaxili məhsul çatdırılmasında insan müdaxiləsini azaltmaq və logistika əməliyyatlarını daha səmərəli idarə etmək niyyətindədir.
Hazırda layihə inkişaf və sınaq mərhələsindədir. Buna görə də avtomobilin kütləvi istehsalına başlanacağı tarix və satış planları açıqlanmayıb.
“UQI Robotics” isə avtonom logistika texnologiyaları üzərində çalışan şirkətlərdəndir. Şirkətin məlumatına görə, onun robot sistemləri dünyanın 66 şəhər və regionunda istifadə olunur və ümumilikdə 7 mindən çox robot fəaliyyət göstərir.
“Stellantis Pro One”un qlobal baş vitse-prezidenti Erik Laforj bildirib ki, kommersiya müştəriləri artıq yalnız nəqliyyat vasitəsi deyil, həm də onların əməliyyatlarını dəstəkləyən rəqəmsal və bağlantılı sistemlər tələb edirlər.
“Box-on-Wheels” layihəsinin gələcək taleyi isə Avropada keçiriləcək sınaqların nəticələrindən asılı olacaq.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Taksi sürücüsü, kuryer...
30 Oktyabr 2025 12:20
Narkotik alverçisi və kuryer saxlanıldı
30 May 2025 12:14
Sürücü dövrü tarixə qovuşur
03 Avqust 2025 19:04
Yük maşınlarında gizlədilmiş külli miqdarda pul aşkarlanıb
16 Mart 2026 14:23
Qəfil yola çıxan sürücü motosikletə təhlükə yaratdı, kuryer özündən çıxdı VİDEO
11 Fevral 2025 17:10
Baxış sayı:156
Bu xəbər 16 Sentyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları