Icma.az
close
up
RU
Kuryerlərin təhlükəsizliyi necə təmin olunur?

Kuryerlərin təhlükəsizliyi necə təmin olunur?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün öncə kuryerlərin təhlükəsizliyinə dair sosial şəbəkədə paylaşılan video səs-küyə səbəb olub.

Videoda bir kuryer, sifarişini gətirdiyi ünvanın qəbiristanlıq olduğunu gördükdən sonra sifarişçi ilə arasında yaranan mübahisə sosial şəbəkədə gündəm olub.

Belə ki, sifarişçi, kuryerin qəbiristanlığa daxil olmasını istəsə də, kuryer bu təklifi qəbul etmir və sifarişin qaydalara uyğun təyin edilmiş ünvandan götürülməsini istəyir.

Kuryer qəbiristanlığa daxil olmaq istəmədikdə məhz sifarişçi, "qorxursan?" deyərək onu acılayıb. Bu hadisə, kuryerlərin işlədikləri mühitin təhlükəsizliyi barədə yeni suallar doğurur.

Maraqlıdır, Bakıda kuryer xidmətləri və təcili çatdırılma edən şirkətlər işçilərinin təhlükəsizliyini necə təmin edirlər? Şirkətlər kuryerləri riskli ərazilərə göndərməkdən çəkinirlərmi? Kuryerlərin hüquqları necə qorunur? Onların təhlükəsizliyini təmin edən hansı proqram və texnologiyalardan istifadə olunur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, tanınmış hüquqşünas Roman Qaraşov bildirib ki, kuryer xidmətlərinin təhlükəsizliyi ilə bağlı qanuni tənzimləmə yoxdur.

Hüquqşünas kuryerlərin qarşılaşa biləcəyi şübhəli hallar və təhlükələr barədə danışarkən, polisə müraciət edilməsi lazım olduğunu vurğulayıb:

"Qeyri-etik hərəkətlər edən şəxslər, məsələn, orada avaraçılıqla, əyyaşlıqla məşğul olan şəxslər varsa, bu barədə polisə dərhal müraciət edilə bilər. 

Bildirim ki, bu gün kuryer xidmətləri ilə bağlı müvafiq hüquqi sənəd yoxdur və bu xidmət sahəsi qanunla deyil, ticarət dəyərlərlə tənzimlənir. Bu, xidmət sahəsidir. Problem varsa, dərhal polisə müraciət edilməlidir".

Roman Qaraşov qeyd edib ki, əgər kuryer bir sifarişi şübhəli bir əraziyə çatdırmaq məcburiyyətində qalarsa, amma təhlükə hiss edirsə, şirkət onu həmin əraziyə göndərməmək hüququna sahibdir:

"Şübhəli məqam varsa, hüquq-mühafisə orqanlarına müraciət edilməlidir. Bu zaman şirkət kuryerini həmin məntəqəyə göndərməyə bilər. Yəni əsaslı səbəb varsa, şirkət sifarişdən imtina edə bilər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri