Kütləvi davada öldürülən Ceyhunla bağlı şok detal
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb.
Qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsmi pasport qeydiyyatı olmayıb.
İddia olunur ki, o, əvvəllər Rusiya vətəndaşı olub, daha sonra həmin ölkənin vətəndaşlığından çıxıb və Azərbaycana qanunsuz yollarla gəlib. Həmçinin onun ölkədə heç vaxt rəsmi pasport qeydiyyatına düşmədiyi bildirilir.
Məlumata görə, bəzi hallarda kriminal aləmin üzvləri axtarışlardan yayınmaq və ələ keçməmək üçün bu cür üsullara əl atırlar.
İddiaya əsasən, Ceyhunun öldürüldüyü günədək rəsmi qeydiyyatı, qüvvədə olan şəxsiyyət vəsiqəsi və pasportu olmayıb. (Oxu.az)
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 25 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















