Kütləvi iğtişaşlara görə axtarılan şəxs Azərbaycanda tutulub
Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Rusiyanın Sverdlovsk vilayətində məhkəmədən qaçaraq 10 ildir federal axtarışda olan yerli sakin Azərbaycanda saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Astara rayonunda 59 yaşlı kişi Azərbaycanın cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, əvvəllər Yekaterinburqda yaşayıb. 2014-cü ildə həmin şəhərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci (Kütləvi iğtişaşlar) maddəsi ilə ittiham olunsa da, məhkəmədən gizlənib.
Hələlik təqsirləndirilən şəxs Azərbaycanda ev dustaqlığına buraxılıb.
Hazırda onun ekstradisiyası məsələsi həll edilir.

Kütləvi iğtişaşlara görə axtarılan Azərbaycanda tutuldu
12 Dekabr 2024 11:25
Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
03 Mart 2025 10:37
Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ
19 Dekabr 2024 11:40
Azərbaycanda toyda KÜTLƏVİ DAVA
05 Aprel 2025 23:00
Azərbaycanda suşidən kütləvi zəhərlənmə
23 Mart 2025 21:14

