Kütləvi yayılan xəstəliklə bağlı RƏSMİ AÇIQLAMA
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Hazırda insanlar arasında hərarətin yüksəlməsi, ümumi zəiflik, boğazda ağrı, öskürək, burnun tutulması və ya axması, bəlğəm ifrazı kimi əlamətlərlə müşahidə olunan xəstəlik halları kəskin respirator virus infeksiyaları (KRVİ) ilə əlaqədardır".
Moderator.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
İnfeksionist bildirib ki, qrip və KRVİ-dən qorunmaq məqsədilə görülən qeyri-spesifik tədbirlər hava-damcı üsulu ilə yayılan infeksiyalar üçün eynidir.
“Bu da respirator və əl gigiyenası qaydalarına əməl olunmağı ehtiva edir. Əhali bu barədə kifayət qədər məlumatlandırılıb. Bundan başqa ölkədə qripə qarşı vaksinasiya aparılır ki, bu da birinci növbədə infeksiyaya həssas insanların qorunması üçün vacibdir”, - T. Eyvazov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















