Icma.az
close
up
RU
Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş

Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkir rayonunda 11 nəfərin zəhərləndiyi və buna görə bağlanan “Narın Qala” restoranı rayonun uzun müddət icra başçısının müavini vəzifəsini daşıyan Fəxrəddin Vəli oğlu Vəliyevə məxsusdur.

Sitat.info xəbər verir ki, belə bir iddia ilə rayon sakinləri sosial şəbəkədə çıxış ediblər.

Bildirilib ki, “Narın Qala” Şəmkir SES-in düz yanında tikilib.

Qeyd edilir ki, F.Vəliyev bir müddət öncə başçının müavini və YAP-ın rayon təşkilatının sədri vəzifəsindən təqaüdə göndərilib.

Fəxrəddin Vəliyev 2 iyun 1955-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub, 1972-1974-cü illərdə Şəmkir rayonundakı R.Əliyev adına kolxozda kolxozçu işləyib. 1978-ci ildə Gəncə Dövlət Pedoqoji İnistutunun Tarix fakültəsini bitirib.

1986-1989-cu illərdə Ali Partiya Məktəbində təhsil alıb.

1995-2000-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Dövlət Aqrar Universiteti) Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində oxuyub.

1978-1985-ci illərdə Şəmkir rayonunun Kür qəsəbə və R.Əliyev adına tam orta məktəblərində müəllim, məktəb direktorunun müavini vəzifəsində işləyib. 1985-1990-cı illərdə Şəmkir rayonunun R.Əliyev adına sovxozunda partiya komitəsinin katibi, 1990-1991-ci illərdə sovxozun direktor müavini olub.

1993-cü ilin sentyabr ayından 1995-ci ilin iyul ayına kimi Şəmkir rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə baş məsləhətçi, 1995-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayının 27-nə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ilin dekabr ayının 27-dən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2000-ci ildən YAP rayon təşkilatının sədri olub.

6 iyul 2026-cı ildə başçının müavini və YAP rayon təşkilatının sədri vəzifəsindən azad edilib./Axar.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 İyul 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri