Küveyt 1991 ci ildən bəri ilk dəfə aprel ayında neft ixrac etməyib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 may, AZƏRTAC
1991-ci ildə Körfəz müharibəsinin bitməsindən bəri Küveyt ilk dəfə Hörmüz boğazının bağlanması səbəbindən aprel ayında xam neft ixrac edə bilməyib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ay ərzində Küveytin neft hasilatını davam etdirdiyi, istehsal olunan neftin bir hissəsinin saxlanıldığı, qalanının emal edildiyi və bu məhsulların bir hissəsinin ixrac edildiyi bildirilib. Lakin, blokada nəticəsində Hörmüz boğazının bağlanması səbəbindən aprel ayında xam neft daşınmaları tamamilə dayanıb.
Ekspertlərin fikrincə, qlobal neft ticarəti üçün çox vacib olan Hörmüz boğazı Körfəz ölkələrindən gələn enerji daşınmalarının əhəmiyyətli bir hissəsi üçün əsas tranzit bölgədir. Boğazdakı potensial fasilələr qlobal enerji bazarlarına və təchizat zəncirlərinə birbaşa təsir göstərir.
Qeyd edək ki, gündəlik hasilatı 1 milyon bareldən çox olan Küveyt qlobal miqyasda neft ixrac edən ölkələr sırasında 11-ci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 May 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















