Küveyt ordusundan xəbərdarlıq HHM sistemləri işə düşdü
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Küveyt ordusu İranın raket və PUA hücumlarına qarşı hava hücumundan müdafiə (HHM) sistemlərinin işə salındığını elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin rəsmi “X” hesabında məlumat yayılıb.
“Küveyt hava hücumundan müdafiə sistemləri İranın hücumundan sonra düşmənin PUA hücumlarının dəf edilməsi istiqamətində fəaliyyət göstərir”, – deyə bəyanatda vurğulanıb.
Məlumatda ölkə ərazisində eşidilə biləcək partlayış səslərinin HHM sistemlərinin düşmən hədəflərini zərərsizləşdirməsindən qaynaqlandığı bildirilib. Ordu rəhbərliyi bütün vətəndaşları aidiyyəti qurumlar tərəfindən yayımlanan təhlükəsizlik təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.
Qeyd edək ki, İran ABŞ-nin hücumlarına cavab olaraq bir həftədən çoxdur ki, Körfəz ölkələrinə raket və PUA-larla zərbələr endirməkdə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 İyul 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















