Küveytdə külli miqdarda narkotik təsirli “tanbak” saqqızı müsadirə edilib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Küveytin əl-Şuveyx limanında narkotik təsirli “tanbak” saqqızı yüklənmiş iki konteyner müsadirə edilib. SİA "əl-Ray” qəzetinə istinadla xəbər verir ki, adı çəkilməyən Asiya ölkəsindən gətirilən bu yükün ümumi çəkisi 29 ton olub. İdxalı qadağan olunmuş məhsul 581 min ədəd kisədə yerləşdirilib.
Küveytdə “tanbak” adlanan bu saqqız betel (və ya areka) ağacının fındığından hazırlanır. Cənub-Şərqi Asiya ölkələrində geniş istifadə edilən bu məhsulun tərkibindəki psixoaktiv maddə arekolin və nikotin stimullaşdırıcı və narkotik təsirləri ilə tanınır. Mütəxəssislərin fikrincə, bu maddənin davamlı istifadəsi ağız xərçənginin yaranma ehtimalını artırır.
Bu mövzuda digər xəbərlər:Superkubok oyunu Küveytdə
19 Noyabr 2025 20:48
Hələbdə külli miqdarda narkotik vasitə və həb müsadirə edilib
11 İyun 2025 01:47
Küveytdə yadplanetli heykəli tapılıb
19 Dekabr 2024 18:50
Superkubokun qalibi Küveytdə müəyyənləşəcək
21 Noyabr 2025 11:29
Səudiyyə Ərəbistanı polisi külli miqdarda narkotik həb müsadirə edib
01 Noyabr 2025 16:13
Baxış sayı:58
Bu xəbər 07 İyul 2025 05:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















