Icma.az
close
up
RU
Küveytdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb AZƏRTAC

Küveytdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri, yerli jurnalistlər, bu ölkənin ictimaiyyətinin nümayəndələri və burada yaşayan türkdilli dövlətlərin vətəndaşları iştirak ediblər.

Mərasimdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə müfəssəl məlumat verib.

Səfir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman böyük ehtiramla anıldığını vurğulayaraq, millətin sevgisini qazanan dahi şəxsiyyətin öz xalqının yaddaşında xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacağını qeyd edib.

E.Kərimov 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdanda ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu, torpaqlarımızın işğala məruz qaldığını, hərc-mərcliyin hökm sürürdüyünü, iqtisadiyyatın tənəzzülə uğradığını və hakimiyyət uğrunda savaş getdiyini bildirib. Məhz Ulu Öndərin uzaqgörənliyi və əzmi sayəsində Azərbaycan bu çətin sınaqlardan çıxıb və sürətli inkişaf yoluna qədəm qoyub. Diplomat Üummilli Liderin bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sisteminin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini qurduğunu vurğulayıb.

Diplomat Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın hərtərəfli inkişafının əsasını təşkil edən neft strategiyasının bu gün də uğurla həyata keçirildiyini və ölkəmizin indi dünyaya təkcə neft deyil, eyni zamanda təbii qaz ixrac edən etibarlı tərəfdaş olduğunu qeyd edib. Ölkəmizin qədim İpək Yolunun bərpası ilə bağlı mühüm nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm infrastruktur layihələri həyata keçirildiyini deyən səfir, həmçinin Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi qlobal neft, qaz və dəmir yolu layihələrin fəal təşəbbüskarına və iştirakçısına çevrildiyini vurğulayıb.

O, həmçinin Heydər Əliyev irsinin, zəngin mədəniyyətimizin təbliğində və tarixi abidələrimizin bərpasında mühüm rol oynayan, eləcə də dünya mədəniyyətinin bir sıra incilərinin rekonstruksiyasında iştirak etməklə humanitar diplomatiyaya rəhbərlik edən Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da misilsiz xidmətlərini qeyd edib.

Səfir Ulu Öndərin dost ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində, o cümlədən Azərbaycanla İslam ölkələri arasında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində böyük rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, 1994-cü il dekabrın 13-də Azərbaycan xalqının Ümummilli Liderinin İKT Zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüşdüyünü və bununla da iki ölkə arasında əlaqələrin əsasının qoyulduğunu bildirib. Dövlət başçıları arasında daha sonra 1995-ci ilin mart ayında Kopenhagendə və həmin ilin oktyabr ayında ABŞ-da səmimi görüşlər olub və müzakirələr aparılıb. Küveytin münaqişənin ilk illərində azərbaycanlı məcburi köçkünlərə humanitar yardımlar göndərdiyini və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirak etdiyini vurğulayan səfir iki dost ölkənin həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İƏT, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Səfir Ulu Öndərin təkcə Azərbaycanın tarixində deyil, bütövlükdə dünya siyasət səhnəsində dərin iz buraxmış dahi lider olduğunu, onun irsinin və ideyalarının bizim üçün bir mayak rolu oynadığını qeyd edib.

O, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək xalqımızı vahid məqsəd ətrafında birləşdirdiyini və onun rəhbərliyi altında 30 illik həsrətdən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilməsi kimi tarixi Zəfəri gerçəkləşdirdiyini deyib.

Səfir çıxışının sonunda işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq və bərpa işləri aparıldığını qeyd edərək, Uca Allahdan Ulu Öndərə və şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyev barədə sənədli film nümayiş etdirilib.

Səfirliyin yerli media ilə fəaliyyəti çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə məlumatlar Küveytin ərəbdilli elektron xəbər portallarında və həmin mətbuat orqanlarının sosial şəbəkələrində geniş işıqlandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri