Icma.az
close
up
RU
Küveytin məşhur “Al Arabi” jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub

Küveytin məşhur “Al Arabi” jurnalında Azərbaycanla bağlı məqalə dərc olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 4 fevral, AZƏRTAC

Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının aylıq nəşri olan “Al-Arabi” jurnalının yanvar sayında “Azərbaycan – bağların çiçəyi, Odlar yurdu” sərlövhəli geniş məqalə dərc edilib. 1941-1945-ci illərdə faşizmə qarşı müharibədə həlak olmuş insanların xatirəsinə Qəbələ rayonunda ucaldılan abidə kompleksinin şəkli ərəb dünyasınının məşhur jurnalının üz qabığında verilib.

AZƏRTAC jurnalın saytına istinadla xəbər verir ki, yazıçı Məhəmməd bin Seyf ər-Rahbinin müəllifi olduğu məqalədə ölkəmizin yeni tarixinə qısa səyahət edilir, xalqımızın zəngin mədəniyyəti, qədim və müasir memarlıq abidələrimiz, əsrarəngiz təbiət qoynunda yerləşən məkanları haqqında danışılır.

Azərbaycana səfəri zamanı həyat dolu rənglərin gözəl mənzərəsinin insanın beynində düşüncələr oyatdığını bildirən müəllif bu təəssüratlarını qələmə alıb.

Müəllif yazıda İçərişəhər, Qız qalası, Şəhidlər xiyabanı, Alov qüllələri, Bakı bulvarı, Fəvvarələr meydanı, Şirvanşahlar sarayı barədə məlumat verir, Quba və Qəbələdə gördüyü əsrarəngiz təbiət mənzərələrindən heyrətini gizlətmir.

Məqalədə Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq mühiti barədə də yazılır. Müəllif Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Bir Günəş altında” adlı sənədli filmin və bu mövzuda sərgilənən fotoların onda dərin təəssüratlar buraxdığını dilə gətirərək qeyd edir ki, çəkilişdə Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinləri lentə alınıb, 17 etnik qrupun 134 nümayəndəsindən müsahibə götürülüb. Filmin hər bir qəhrəmanı öz ana dilində danışır. Çəkiliş zamanı Azərbaycan təbiətinin gözəlliyini əks etdirən ümumilikdə 3850 mənzərə, bu təbiətin qoynunda yaşayan müxtəlif yaş, etnik qrupa aid 2625 insanın fotosu çəkilib.

Məqalədə, həmçinin zəngin mədəni irsimizi şəhərimizin qonaqlarına təqdim edən muzeylərdən də söhbət açılır. Heydər Əliyev Mərkəzindən söz açarkən, qeyd edir ki, dünyanın memarlıq incilərindən sayılan binanın möhtəşəmliyi və dizaynı insanı sehrləyir. Daxili dekorasiyalar arasında addımlayarkən gözəlliyi dərk etməmək mümkün deyil. Belə ki, sənət vəhdətinin heyrətləndirici təsiri hər addımda hiss olunur. Məqalədə yazılır ki, Mərkəzin binasının möhtəşəm memarlıq üslubu dünyanın hər yerindən insanları özünə cəlb edir, oradakı sərgilər Azərbaycan mədəniyyətini və onun çoxşaxəli irsini kəşf etməyə dəvət edir.

Bundan başqa, məqalədə Azərbaycan İstiqlal Muzeyindən söhbət açılır. Muzeyin sərgi zallarında sənədlər, şəkillər, kitablar və müxtəlif eksponatlar nümayiş olunur. Burada Azərbaycan xalqının geyim və zinət əşyalarını, onların tarix boyu istifadə etdikləri silahları və s. görmək mümkündür.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri