KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Koreya Xalq Demokratik Respublikası (KXDR) Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Cənubi Koreya ilə hava hərəkətinə nəzarət əlaqəsini kəsmək planı barədə məlumatlandırıb. SİA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik Nazirliyi məlumat yayıb. Bildirilir ki, KXDR hava hərəkətinə nəzarət əlaqəsini 2025-ci ildən kəsmək planı barədə hələ ötən il beynəlxalq təşkilata məktub göndərib. Rəsmi Seul isə hava hərəkətinə nəzarət əlaqəsinin davam etdirilməsinə ehtiyac olduğunu bəyan edib.
Qeyd edək ki, 1997-ci ildə əldə olunmuş razılaşmaya əsasən Şimali Koreya və Cənubi Koreyanı hava hərəkətinə mərkəzləri arasında birbaşa əlaqə yaradılıb. İki ölkə arasında birbaşa uçuşlar olmadığından kommunikasiya kanalından istifadə olunmasa da, hər gün səhər saat 7-də tərəflər əlaqənin yoxlayır. Şimali Koreya 2023-cü ilin aprelindən bəri koreyalararası rabitə kanalları və hərbi kanallar vasitəsilə Cənubi Koreyanın gündəlik zənglərinə cavab vermir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Fevral 2025 03:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















